İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib:
“Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin ön xəttindəsiniz”.
Vurğulanıb ki, İran Prezidenti Azərbaycanla yanaşı, Kot-dİvuar, Meksika, Kuba və Uruqvaya da yeni təyin olunmuş səfirləri qəbul edib.