Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır.
NUHÇIXAN xəbər verir ki, bu bəyanatla RF Prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərini TASS agentliyinə şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
O vurğulayıb ki, Moskva bu bölgəni rəsmən Azərbaycan ərazisi kimi tanıyır. Zaxarovanın sözlərinə görə, Rusiya Prezidentinin köməkçisi bölgənin siyasi-hüquqi statusuna toxunmadan tarixi aspektdən, sosial-mədəni cəhətlərdən və insanların ağrı-acısından danışıb.