Azərbaycan nümayəndə heyəti Urmiya şəhərində “Qərbi Azərbaycanın investisiya imkanlarına dair” Beynəlxalq konfransda iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində keçirilən “Qərbi Azərbaycan investisiya imkanlarına dair” beynəlxalq konfransda iştirak edib.

Qərbi Azərbaycan valisi-ostandarı Reza Rahmani konfransı açaraq iştirakçıları salamlayıb, investisiya imkanları barədə geniş məlumat verib.

Konfransda Qərbi Azərbaycanın investisiya imkanları ilə bağlı çıxış və müzakirələr dinlənilib, videotəqdimatlar olub, əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Orxan Babayev, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Teymur Rzayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev də təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: