Rusiya və bir sıra ölkənin 90-a yaxın mədəniyyət nümayəndəsi quru yolla İrandan Azərbaycana gətiriləcək
Rusiya və bir sıra ölkənin 90-a yaxın mədəniyyət nümayəndəsi quru yolla İrandan Azərbaycana gətiriləcək.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycana edilmiş müraciətlər əsasında, İrandan təxliyyələrin həyata keçirilməsinə dəstək göstərilir.
Görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.