Ərdoğan: İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub

A- A A+

Prezident İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində deyib.

“Məhəllə sakinlərinin yeni evlərində sağlıq və hüzur içində yaşamalarını arzu edirəm. Buradakı kimi layihələr əsrin fəlakətində dağılan digər ərazilərimizdə də həyata keçirilir”, - o söyləyib.

R.T.Ərdoğan əlavə edib ki, Adıyamanda tarixi kənd meydanı, Malatyada zərgərlik emalatxanaları, Hatayda Uzun bazar tarixi kimliyinə uyğun şəkildə bərpa edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: