Ərdoğan: İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub

A- A A+

İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində deyib.

Türkiyə lideri zəlzələ baş vermiş bölgələrdə həyata keçirilmiş quruculuq işlərinə dair əsas statistikanı da açıqlayıb:

“Əsrin fəlakətindən sonra bərpa olunan və sakinlərinə təhvil verilən mənzillərin sayı hər gün artır. Təslim etdiyimiz mənzillərin sayını sentyabrda 100, oktyabrda 130, yanvarda 201 minə çatdırılıb. Bu gün isə o rəqəm 250 minə yüksəlib.

Hatayda 21 min 114, Malatyada 8 min 64, Adıyamanda 3 min 554, Qaziantepdə 675, Adanada 490, Şanlıurfada 1 263, Sivasda 85, Kayseridə 49 mənzil inşa edilib. Kahramanmaraşda isə 3 min 567 mənzil, 744 iş yeri təsis olunub. 2025-ci ilin sonuna kimi 453 min mənzilin inşası nəzərdə tutulur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: