Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşü olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.
Görüş iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilib.
Tərəflər ikitərəfli əməkdaşlıq, regional və qlobal hadisələr, xüsusilə də İsrail-İran eskalasiyası və Azərbaycan arasında genişlənmiş strateji müttəfiqliyin perspektivlərini müzakirə ediblər.