Azərbaycan XİN Suriyaya başsağlığı verib

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici siyasət idarəsi "X" hesabında paylaşım edib.

"Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Suriyada kilsəyə hücum nəticəsində 25 nəfər ölüb, 63 nəfər yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: