Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş gələn ay qüvvəyə minəcək

A- A A+

Aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bununla da müvafiq müddəaya uyğun olaraq, saziş iyulun 16-dan qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: