Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla görüşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Məlumata görə, görüş Ankarada baş tutub. Kərim Vəliyevin rəsmi qarşılanma mərasimindən sonra iki qərargah rəisinin görüşü keçirilib.