Ağdam sakini: Ağdamda oxumaq, çalışmaq və orada gələcəyimi qurmaq istəyirəm

A- A A+

Ağdamda oxumaq, çalışmaq və gələcəyimi orada qurmaq istəyirəm. Həmişə istəmişəm ki, öz doğma torpağımızda yaşayım, məktəbə orada gedim.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ağdam rayonunun Kəngərli kəndinə köç edən azyaşlı Məmmədli Rüqəyya deyib.

O bildirib ki, Kəngərlini görməyib, amma qəlbi orada yaşamaq həvəsi ilə doludur: “Böyüklər tez-tez Ağdamdan danışırlar. Mən də o yerləri görmək istəyirəm. Deyirlər çox gözəldir, təbiəti, havası başqadır. İndi isə artıq orada oxumaq imkanım olacaq. Həyəcanlıyam və çox sevinirəm”.

R.Məmmədli deyib ki, dərslərində yaxşı oxumağa, savadlı vətəndaş olmağa çalışacaq: “Mən çalışacağam ki, yaxşı təhsil alım və gələcəkdə elə Ağdamda işləyim, insanlara xidmət edim”.

O, həmçinin şəhidlərimizə rəhmət diləyib, qazilərə cansağlığı arzu edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: