Azərbaycan XİN-də yeni idarə yaradılıb

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi olub, yeni idarə yaradılıb.

NUHÇIXAN-ın məlumatına görə, nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.

Məlumata görə, idarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.

Qeyd edək ki, bununla da Yalçın Rəfiyevin rəhbərliyində İqlim diplomatiyası idarəsi də daxil olmaqla beş idarə - Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi, Yaxın Şərq və Afrika idarəsi, Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: