Ukraynanın nüfuzlu “UA Perşiy” telekanalında Rusiyanın şovinist siyasəti pislənilib - FOTOLAR

A- A A+

Ukraynanın nüfuzlu birinci milli kanalında (“UA Perşiy”) telekanalında Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı faşist siyasətinə dair süjet yayımlanıb.

NUHÇIXAN xəbər verir ki, verilişdə Azərbaycanın Ukraynadakı diaspor fəalı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İdarə Heyətinin üzvü Rəşad Tağıyevin Yekaterinburqda baş verənlərə dair mövqeyi də yayımlanıb.

R.Tağıyev qeyd edib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda soydaşlarımıza qarşı qanuna sığmayan amansız rəftar göstəriblər. Bunun nəticəsində iki azərbaycanlı qətlə yetirilib.

“Bu, Rusiya dövlətinin faşist, şovinist siyasətinin nəticəsidir”, - deyə Rəşad Tağıyev telekanala açıqlamasında bildirib. Onun sözlərinə görə, bir müddət öncə Rusiyanın Qroznu şəhəri səmasında “Azərbaycan Hava Yolları”na məxsus təyyarə vurulduqdan sonra Azərbaycana qarşı iyrənc təxribatlar davam edib.

Verilişdə aparıcılar Bakıda “Sputnik-Azərbaycan” informasiya agentliyində aparılan reydlər zamanı Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşının saxlanılması, Rusiyanın dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərin ləğvi barədə də məlumat veriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: