Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşüb

A- A A+

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.

O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycana işgüzar səfərdə olacaq.

Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: