Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək.
NUHÇIXAN-ın məlumatına görə, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz, əlbəttə ki, belə birbaşa dialoq faktını alqışlayırıq", - o, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünü şərh edərkən bildirib.
D.Peskov, həmçinin qeyd edib ki, sazişin imzalanması regiona proqnozlaşdırılabilənlik, sabitlik və sülh gətirməyə imkan verəcək çox vacib faktor olacaq: “Biz bu prosesi tam dəstəkləyirik".