Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib.
NUHÇIXAN-ın erməni KİV-lərinə istinadən məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib.
"Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi", - N.Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir.
"Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım", - o bildirib.