Azərbaycan “IDEF 2025”-də təmsil olunur - FOTOLAR

A- A A+

Türkiyənin İstanbul şəhərində keçirilən və iyulun 27-dək davam edəcək “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da iştirak edir.

“IDEF 2025” sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.

NUHÇIXAN Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, sərgidə nazirliyin müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. “IDEF 2025” sərgisində ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62x54 mm-lik snayper tüfəngi, 2 növ 12,7x108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5x114 mm-lik iriçaplı pulemyot sərgilənir.

Sərgi çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” və Müdafiə Nazirliyinə tabe olan “MİRAS Holdinq” ilə Türkiyə şirkətləri arasında müxtəlif müqavilə, Anlaşma Memorandumu və niyyət məktubları imzalanıb.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir. Çoxsaylı quru, hava və daniz platformalarının nümayiş olunduğu sərgidə 44 ölkədən şirkətlər stendlərlə iştirak edir, 400-dən çox beynəlxalq müdafiə şirkəti məhsullarını nümayiş etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: