Somalidən olan tələbələr Azərbaycanın bir çox təhsil müəssisələrində təhsil alırlar.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
Nazir deyib ki, əldə olunmuş razılaşmaya əsasən, bu il Somalidən olan tələbələr üçün 20 təqaüd yeri ayrılacaq.
O əlavə edib ki, Azərbaycan, Türkiyə və Somali arasında üçtərəfli formatda görüşlər keçirilib.