Abdullah Tancan: Naxçıvanda dünya standartlarına uyğun şəkildə mədən araşdırmaları aparılacaq

A- A A+

Naxçıvan ərazisində dünya standartlarına uyğun şəkildə mədən araşdırmaları aparılacaq və araşdırmalar nəticəsində mədən hesabatı hazırlanacaq.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvanda jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir müavini qeyd edib ki, əgər bu hesabatda iqtisadi baxımdan yararlı mədən sahəsi müəyyənləşdirilərsə, yerli nazirlik həmin ərazinin istismarı qaydalarını müzakirə edəcək və qiymətləndirəcək.

“Sonrakı mərhələdə ehtiyac yaranarsa, türk iş adamları da Naxçıvana gələrək prosesi yaxından dəstəkləməyə hazırdır. Bu isə gələcəkdə müəyyənləşdiriləcək məsələlər sırasındadır. Bu prosesə həm biz, həm də burada fəaliyyət göstərən mütəxəssislər rəhbərlik edə bilər. Hazırda isə əsas məqsəd mədən sahələrinin araşdırılması və onların hesabatının hazırlanmasıdır. Bugünkü müzakirələrin mövzusu da məhz budur”, - deyə Abdullah Tancan əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: