MN: Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistanın məlumatları həqiqəti əks etdirmir
Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən NUHÇIXAN-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.