TDT-nin Baş katibi: Vaşinqtonda atılan tarixi addım bölgənin rifahının mühüm mərhələsidir

A- A A+

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri, habelə şahid qismində Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni alqışlayıram.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyevin açıqlamasında qeyd olunub.

Baş katib Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında anlaşmanın razılaşdırılmış mətninin paraflanmasını, həmçinin hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvi ilə bağlı ATƏT-ə ünvanlanan birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Qeyd edilib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülhün, sabitliyin və rifahın bərqərar olunması yolunda mühüm bir mərhələni əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: