Ukrayna səfiri: Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk

A- A A+

Biz Azərbaycan Prezidenti İlham Əliyevə və hökumətinizə Ukraynaya göstərdiyi zəruri yardıma görə dərin minnətdarlığımızı bildiririk.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.

Səfir qeyd edib ki, Azərbaycandan göndərilən elektrik avadanlığı bütün enerji sistemlərini bərpa etmək üçün istifadə olunacaq.

“Elektrik avadanlığından ibarət olan bu yük 2025-ci ildə Azərbaycandan göndərilən ikinci yardımdır. Azərbaycanın bizə göstərdiyi bu dəstəyi yüksək qiymətləndiririk. Biz hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləmişik. Çətin anımızda yanımızda olduğuna görə Azərbaycana minnətdarlığımızı bildiririk”, - deyə Yuriy Husyev əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: