Prezident Ərdoğan: Qars-İğdır-Dilucu dəmir yolu regionda əməkdaşlıq və inkişaf üçün güclü təkan olacaq
Qars-İğdır-Dilucu dəmir yolu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə) regional əməkdaşlıq və inkişaf üçün güclü stimul olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 22-də ölkənin şərqindəki İğdır vilayətində yeni dəmir yolunun tikintisinə başlanılması mərasiminin iştirakçılarına müraciətində deyilir.
Türkiyə lideri yeni nəqliyyat layihəsinin təkcə Türkiyəyə deyil, bütövlükdə regiona da müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısının müraciətində qeyd olunur ki, Qars-Naxçıvan dəmir yolu Türkiyə ilə Azərbaycan arasında kommunikasiyanın növbəti mühüm halqasına çevriləcək. “Bu yol inkişaf yolunda körpü rolunu oynayacaq”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Azərbaycanla sərhədə qədər olan 224 kilometrlik dəmir yolu layihəsinə cəlb edilən vəsait 2,4 milyard avrodur.
Prezidentin müraciətində Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu əlaqəsinin əhəmiyyətinə diqqət çəkilir ki, bu da Cənub-Şərqi Anadolu əyalətlərində, həmçinin Türkiyənin Aralıq dənizi zolağında ixraca, istehsala və turizmə təkan verəcək.
Ərdoğanın mesajında qeyd olunur ki, Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkələrinin genişləndirilməsi ümumilikdə regional ticarətə çox müsbət təsir göstərəcək.