26 avqust 2022-ci il tarixi Azərbaycanın müasir tarixində xüsusi önəm daşıyan günlərdən biridir. Məhz bu gün Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü kimi qeyd edilir. Bu tarix xalqımız üçün milli həmrəyliyin, əzimkarlığın və qürurun rəmzidir. Laçın Azərbaycanın strateji rayonlarından biridir. Coğrafi mövqeyi, zəngin təbiəti və iqtisadi imkanları ilə seçilən bu rayon uzun illər işğal altında qaldıqdan sonra azad olunaraq yenidən dirçəliş dövrünə qədəm qoymuşdur. Azadlıq həm də böyük məsuliyyətdir. Çünki viran qalmış şəhər və kəndlər qısa müddətdə yenidən qurulmalı idi. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bundan dərhal sonra cənab Preziden İlham Əliyevin tapşırığına əsasən Böyük Qayıdış Proqramının icrasına başlanıldı. İlk mərhələdə təhlükəsizlik tədbirləri, mina təmizləmə işləri həyata keçirildi. Daha sonra infrastruktur layihələri icra olundu. Müasir yollar, elektrik xətləri, qaz və su şəbəkələri quruldu. 2021-2023-cü illərdə Laçın şəhərində və kəndlərində 200-dən çox yeni ev inşa edildi. Dövlət tərəfindən vətəndaşların rahat yaşayışı üçün bütün şərait yaradıldı. Həmçinin, müasir təhsil və səhiyyə müəssisələri istifadəyə verildi. Yeni məktəblər, uşaq baxçaları, poliklinikalar və mədəniyyət evləri tikilərək istifadəyə verildi. Laçın rayonu bu gün müasir texnalogiyalar əsasında qurulur. “Ağıllı kənd” layihələri çərçivəsində Zabux kəndində enerjiyə qənaət edən, ekoloji cəhətdən təmiz, rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunmuş yaşayış masivləri yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu layihələrə innovativ yanaşmasının bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi: “ Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər-hər şey çox böyük zövqlə yaradılır ki, həmin insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”
Qeyd olunaların bariz nümunələrindən biri də Laçın rayonunda kənd təsərrüfatının inkişafı üçün müasir texnalogiyalardan istifadə olunması, elektron suvarma sistemləri, alternativ enerji mənbələri, logistik mərkəzlərin yaradılması vəs. Laçın rayonunun iqtisadi potensialını artırmışdır. Bundan başqa, Laçın rayonunu strateji nəqliyyat mərkəzinə çevirmək üçün mühüm addılar atılmışdır. Belə ki, Laçın Beynəlxalq Hava Limanının tikintisi, gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu regionu beynəlxalq nəqliyyat xəritəsində mühüm mövqeyə çıxaracaqdır.
Turizim və ekoloji baxımdan Laçın rayonunun füsunkar təbiəti, dağ çayları, meşələri və nadir landşaftı ekoturizm üçün böyük imkanlar yaradır. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən turizim infrasturukturu üzrə yeni istirahət mərkəzlərinin, dağ-xizək komplekslərinin, yaylaq turizim marşurutları layihələrinin hazırlanması işləri sürətlə davam etdirilir. Bu layihələr həm iqtisadi gəlir gətirəcək, həm də yeni turizm bölgəsi kimi dünyada tanınacaqdır.
26 avqust “Laçın Şəhəri Günü” Azərbaycan xalqının milli ruhunu, azadlıq uğrunda mübarizəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Bu gün həm Şəhidlərimizin ruhuna ehtiram, həm də yenidənqurma işlərinin aparılmasında yeni ideyalar və metodlar tətbiq etməklə mövcud strukturları və sistemləri təkmilləşdirən, müasir rəqabətli dünyada davamlı inkişafı ölkəmizdə ən yüksək səviyyədə tətbiq edən və bu sahələrin icrası istiqamətində tapşırıqlar verən cənab Prezident İlham Əliyevin uğurlarının bayramıdır. Bu gün Laçın rayonunun inkişafı Azərbaycan Dövlətinin gücünü və imkanlarını nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin düşünülmüş uğurlu və məqsədyönlü siyasəti nəticəsində qarşıdakı illərdə Laçın yalnız Qarabağın deyil, bütün regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Burada həyata keçirilən layihələr ölkəmizin güclü, dayanıqlı və müasir dövlət kimi inkişafının göstəricisidir.
Vüsal Məmmədzadə
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin deputatı