Fuad Nəcəfli: Vaşinqtonda Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsi üçün mühüm razılıq əldə olunub

A- A A+

Vaşinqton səfəri zamanı əldə olunan razılşamalar nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin qurulması üçün mühüm razılıq əldə olunub.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru sərhədinin olmaması səbəbindən müəyyən çətinliklər var idi:

“Dövlət başçısının siyasəti ilə Naxçıvan yeni bir mərhələyə qədəm qoydu. Muxtar Respublikada sosial,iqtisadi, elm, mədəniyyət və digər sahələrdə müxtəlif layihələr həyata keçirilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: