Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub

A- A A+

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülh istiqamətində atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin irəliləməsindən məmnun olduğunu bildirib, Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyi davam etdirəcəyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində addımların dəyərləndirildiyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: