NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən Naxçıvanın strateji əhəmiyyətini vurğulayıb.
O bildirib ki, “Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın qarşılıqlı səyləri nəticəsində biz sülh və normallaşma prosesində yeni mərhələyə qədəm qoymuşuq. Bu dövr Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma, eyni zamanda bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Naxçıvan çox mühüm strateji zonadır. Burada uzun illər bağlı qalmış yolların açılması təkcə Azərbaycan və Ermənistana deyil, bütün region ölkələrinə fayda verəcək. Bu, kommunikasiya və regional əlaqələrin inkişafı baxımından olduqca vacibdir.”