Maqdalena Qrono: Naxçıvanın mövcud dəmir yolu infrastrukturu ilə tanışlıq əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən bildirib ki, Naxçıvanın mövcud dəmir yolu infrastrukturu ilə tanışlıq və aparılan görüşlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir.

Onun sözlərinə görə, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə keçirilən görüş konstruktiv və məhsuldar keçib.

“Görüşdən çox razı qaldım, çünki əməkdaşlığa açıq və səmimi müzakirələr aparıldı. Naxçıvanın sərhədyanı ərazilərini ziyarət etmək imkanımız oldu. Bu, qarşılıqlı əlaqələrin hələ başlanğıcıdır və Vaşinqton görüşündən qısa müddət sonra bu prosesə start verilməsi çox təqdirəlayiq haldır. Təbii ki, dəmir yolu infrastrukturu bizim gündəliyimizdə mühüm yer tutur. Biz texniki uyğunluq araşdırmaları apararaq bu layihəyə töhfə verməyə hazırıq,” – deyə Maqdalena Qrono qeyd edib.

O əlavə edib ki, səfər çərçivəsində sosial-iqtisadi inkişaf, turizm, kənd təsərrüfatı, inşaat və digər sahələr üzrə əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə olunub:

“Avropa Komissiyasını təmsil edən həmkarlarım da bu səfərdə iştirak edirlər və yeni kontekstlərdə müzakirələri davam etdirməyə kifayət qədər maraqlıyıq.”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: