Bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır

A- A A+

Bir sıra Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunla qadağan olunan fəaliyyətə yol verərək ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" 1992-ci il tarixli Qanuna 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir:

"Bu qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən "orden" və ya "medal" ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Bildiririk ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: