Ukrayna hökuməti Azərbaycanla İrpen şəhərində mədəniyyət evi, uşaq-gənclər idman məktəbi və incəsənət evinin tikintisi ilə bağlı saziş bağlamaq niyyətindədir.
Bu barədə NUHÇIXAN Ukrayna KİV-nə istinadən xəbər verir.
Sentyabrın 10-da Ukrayna hökuməti tikinti layihəsinin hazırlanması üzrə Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti formalaşdırıb.
Danışıqlarda Ukrayna tərəfinə icmaların və ərazilərin inkişafı nazirinin müavini Marina Denisyuk rəhbərlik edəcək.