Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək inkişafı müzakirə olunub

A- A A+

Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək inkişafı müzakirə olunub.  

NUHÇIXAN xəbər verir ki, bu müzakirə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü çərçivəsində baş tutub.  

İsveçin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, görüş zmaanı regional məsələlərə də diqqət çəkilib: 

"Bu faydalı müzakirəyə görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərin təşəkkürümüzü bildiririk. 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı Əlaqə Nöqtəsi Səfirlikləri rolunu yerinə yetirir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: