Avropa İttifaqı (Aİ) 2008-ci ildən etibarən Azərbaycanın təhsil sektorunda 29 layihə həyata keçirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, Avropa İttifaqı dünyanın müxtəlif ölkə və regionları ilə əməkdaşlıq edir və Avropanı təhsildə tərəfdaş kimi təşviq etməyə davam edir:
"Avropa İttifaqı 2008-ci ildən etibarən Azərbaycanın təhsil sektorunu dəstəkləyir. Bu müddət ərzində ümumilikdə 29 layihə həyata keçirilib".