Türkiyədə azərbaycanlı gənclərin forumu keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu nümayəndə heyəti ilə görüşdə bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumunun keçirilməsi planlaşdırılır.