Ali Məclis komitələrinin iclasları keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti, Sosial siyasət, İqtisadi siyasət və Humanitar siyasət komitələrinin iclasları keçirilib.
İclaslarda VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin 2025-ci ilin ötən dövrü ərzində fəaliyyətlərinə dair hesabatları diqqətə çatdırılıb, məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.