Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı

A- A A+

Amerikalı tədqiqatçı Peter Tase “The Guardian” və “Hyperallergic” qəzetlərində  ermənilər tərəfindən Naxçıvan barədə yazılan uydurma  yalanlara martın 13-də “Eurasia Dairy” saytında yerləşdirdiyi “Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı” sərlövhəli məqalə ilə cavab vermişdir. Həmin məqaləni təqdim edirik.

2019-cu il fevralın 18-də Amerika Birləşmiş Ştatlarının Brooklyn (Nyu-York) şəhərində yerləşən “Hyperallergic”onlayn  qəzeti qədim Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikasında erməni dini memarlıq və mədəniyyətini tərənnüm edən  məqalə nəşr etmişdir. Bu uzun və yanıltıcı yazıların müəllifləri Sarah Pickman və Simon Mhakyan Azərbaycan xalqına qarşı  şər kampaniyası aparmış, həmçinin heç bir elmi əsası olmayan təhqirlərə başlamışdır.

Pickman və Maghakyan oxuculara yalnış məlumat verməklə Naxçıvan Muxtar Respublikası və onun qədim tarixi ilə bağlı faktları məhv etməyə və ləkələməyə cəhd edirlər. Hər iki yazar məqalədə yanıltıcı sitat və həqiqətə uyğun olmayan fotoşəkillərdən istifadə edir, Azərbaycanın minillik milli mədəniyyətinin şöhrəti hesabına beynəlxalq ad və nüfuz qazanmaq istəyirlər. Naxçıvan Muxtar Respublikasının zəngin tarixi-mədəni irsinə qarşı erməni saxtakarlığı ilə hücuma keçmək təşəbbüsü beynəlxalq ictimaiyyətdə yalnış fikir formalaşdırmağın və şovinizmin bir formasıdır. ABŞ-da fəaliyyət göstərən erməni maraqlarını müdafiə edən qruplar tərəfindən təşkil edilən  bu  kompaniyanın əsas məqsədi  beynəlxalq dinlərarası dialoqu, multikulturalizmi, Qafqazda sülh və firavanlığı deyil, düşmənçiliyi təşviq etməkdir.

Pickmanın dəhşətli sözləri Ermənistanın  yüksək vəzifəli  rəsmilərinin aydın şəkildə təşkil etdiyi hiyləgər siyasi hücumun və informasiya müharibəsinin göstəricisidir. Lakin unudurlar ki, Ermənistan 30 ildir Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu, ümumilikdə 20 faiz torpağını işğal edən, Naxçıvanı blokadada saxlayan və davamlı olaraq sərhəddə atəşkəs rejimini pozan təcavüzkar dövlətdir. Ermənistanda müşahidə edilən iqtisadi durğunluq, yüksək işsizlik səviyyəsi və kölgə iqtisadiyyat səviyyəsinin artması, həmçinin  Silahlı Qüvvələrdə ərzaq çatışmazlığı ölkədəki daxili problemlərin dəhşətli səviyyədə olduğunu təsdiq edir. Erməni yazarlar elektron qəzetləri və portalları uydurma faktlar  və fotoşəkillərlə, eləcə də  çirkin erməni  təbliğat  maşınının saxta xəbərləri və etibarsız məlumatları ilə çirkləndirməkdənsə, yaxşı olardı ölkələrindəki daxili problemləri beynəlxalq ictimaiyyətə təqdim etsinlər. Məhz bu, həm erməni vətəndaşları, həm də regional inkişaf üçün faydalı olardı.

Aydındır ki, Ermənistanın  daxildəki faşist rejimi və xaricdəki  zəhlətökən diasporası zəhmətkeş və işğaldan əziyyət çəkmiş Azərbaycan xalqına qarşı daim saxta bəyanatlar və nifrət dolu fikirlər söyləmişlər. Pickman tərəfindən şəkil və faktlarla yorucu və qeyri-peşəkar şəkildə hazırlanmış məqaləyə cavab olaraq bildirirəm ki, Naxçıvanın qədim və müasir tarixində bu hadisələr baş verməmişdir. Hər iki müəllif Azərbyacan  torpağında olan ərazilərin adlarını səhv  yazmaqla ictimai fikiri dəyişməyə çalışırılar.

Simon Maghakyan və digər erməni mənbələri təsdiq edirlər ki, Culfada olmuş  qəbir daşları hələ Sovet dövründə ermənilərin özləri tərəfindən Ermənistana daşınaraq müxtəlif məkanlarda yerləşdirilmişdir. Məsələn, həmin məzar daşları Yerevandakı konyak zavodunun həyətində və Ermənistan tarix müzeyində yerləşdirilib. Bu faktları erməni saytları da  təsdiq edir. Aşağıdakı linkə nəzərə salmaq lazımdır:

http://armtoday.info/default.asp

Lang=_Ru&NewsID=60651&SectionID=37&RegionID=0&Date=08/25/2012&PagePosition=2

Şəkildə gördüyünüz xaçkar isə Sovet dövründə  Naxçıvandan aparılmışdır. Hazırda Ermənistanda Metropolitan muzeyində saxlanılır.

Yale Universitetinin  fəlsəfə doktoru  Pickman Azərbaycanın suveren ərazisindəki dini, mədəni, məzarüstü qəbr daşları  və qədim tarixi abidələrin mövcud vəziyyətinə dair elmi məqalə yazmaq üçün cəhd göstərməlidir. Çünki Azərbaycanın Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonları erməni silahlı qüvvələrinin işğalı altındadır və Azərbaycan xalqının həmin ərazilərdəki tarixi abidələri dağıdılıb.  Yaxud da I Dünya Müharibəsi dövründə Amerika səfiri Morgenthaunun ləkələnmiş irsini davam etdirməkdəndirsə, 450 mindən çox Azərbaycan vətəndaşına təhlükə yaradan Sərsəng su anbarı barədə elmi məqalə yazmaq  daha yaxşı olardı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: