QDİƏT PA-nın 65-ci iclasında tövsiyə qərarı qəbul olunub - YENİLƏNİB 2 - FOTOLAR

A- A A+

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında gündəlik məsələlər müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

NUHÇIXAN xəbər verir ki, iclasın əvvəlində gündəlik təsdiqlənib. Daha sonra 2025-ci il mayın 14-15-də Türkiyənin Sinop şəhərində keçirilmiş 64-cü Komitə iclasının, eləcə də iyunun 17-də Bakıda təşkil olunmuş əlavə iclasın protokol layihələri təqdim edilərək qəbul olunub.

Günün əsas müzakirə mövzusu “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” olub.

Mövzu üzrə hesabat layihəsini Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə Salmanova təqdim edib. Məruzəçi hesabatda süni intellekt texnologiyalarının sosial rifahın yüksəldilməsində, təhsil və məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu vurğulayıb. Qeyd edib ki, müasir dövrdə süni intellekt insan həyatının ayrılmaz hissəsinə çevrilib. O, cəmiyyətin demək olar ki, bütün sahələrinə - təhsildən səhiyyəyə, iqtisadiyyatdan kənd təsərrüfatına qədər təsir göstərir. Bununla yanaşı, süni intellektin imkanlarından ucqar kəndlərdə yaşayan insanların da faydalana bilməsi vacibdir.

Komitə üzvləri hesabat ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, süni intellektdən düzgün və səmərəli istifadə olduqca vacibdir. Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, onun cəmiyyətə və iqtisadiyyata təsirləri, həmçinin etik və hüquqi aspektləri barədə fikirlərini bölüşüblər. Bundan əlavə, ucqar bölgələrdə yaşayan insanlar üçün süni intellekt imkanlarının əlçatanlığının artırılması yolları və texnologiyanın sürətli inkişafı ilə əlaqədar potensial riskləri, etik və hüquqi məsələləri, həmçinin insan həyatına və iş bazarına təsirləri müzakirə edilib.

Müzakirələrin yekununda hesabat qəbul edilib və Milli Məclisin deputatı Səbinə Salmanova 66-cı Baş Assambleyada məruzəçi təyin olunub.

12:27

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında tövsiyə qərar layihəsi müzakirə olunub.

NUHÇIXAN xəbər verir ki, qərar layihəsini QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra tövsiyə qərarı qəbul olunub.

Sonra Qara dəniz ölkələrinin qurumdakı fəaliyyəti haqqında məlumatlar verilib.

10:28

Oktyabrın 7-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası işə başlayıb.

NUHÇIXAN xəbər verir ki, iclasda Azərbaycanın və bir neçə ölkənin parlament nümayəndələri iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: