Kasım-Jomart Tokayev: Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində mühüm rol oynayır

A- A A+

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın sülh təşəbbüsünü və Prezident İlham Əliyevin sədrliyini yüksək qiymətləndirib.

NUHÇIXAN xəbər verir ki, Qazaxıstan Lideri çıxışında deyib: “Bu çətin dövrdə Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyanatın imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu tarixi addım 30 il davam edən münaqişənin həllində mühüm addım olacaq”.

Tokayev, həmçinin Azərbaycanın regional və beynəlxalq təşəbbüslərə verdiyi töhfəni xüsusi qeyd edərək söyləyib: “Mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsində verdiyi töhfəyə görə Azərbaycana və bütün türk dövlətlərinə təşəkkür edirəm. Əminəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə Türk Dövlətləri Təşkilatı fəaliyyətini daha da uğurla davam etdirəcək”.

Qazaxıstan Prezidenti, həmçinin vurğulayıb ki, Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi və regional sabitliyin qorunması istiqamətində mühüm rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: