Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gediblər - FOTOLAR

A- A A+

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya gəliblər.

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Cəlilova Nərmin “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməkdən çox məmnun olduğunu söyləyib. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazandığını deyən məktəbli səfərdən zəngin təəssüratlarla qayıdacağını və burada gördükləri barədə məktəbli dostlarına da geniş məlumat verəcəyini söyləyib.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Fərəcova Zərifə təəssüratlarını bölüşərək bildirib ki, tur-aksiya çərçivəsində ekskursiya ərzində ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı zəngin məlumatlar əldə edəcəklər. Eyni zamanda, o və yoldaşları Bakıda yeni dostlar qazanacaqlar. Bu cür layihə üçün ölkə Prezidentinə təşəkkürünü bildirən şagird hər şeyin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Naxçıvanlı şagirdlər üç gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: