Yaponiyanın nüfuzlu NHK televiziyası Rusiya Prezidenti Vladimir Putinin ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin atəşə məruz qalmasına Rusiyanın məsuliyyət daşıdığını etiraf etməsi barədə süjet yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, süjetdə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Vladimir Putinin qəzanın faciə olduğunu və buna səbəb Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqların olduğunu bildirdiyi vurğulanıb.
Qeyd olunub ki, Rusiyanın cənubuna uçan təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.
NHK bildirir ki, Putinin şərhləri Azərbaycanla əlaqələri bərpa etmək cəhdi olduğu güman edilir.