Azərbaycan Prezidenti: Hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir

A- A A+

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir.

NUHÇIXAN xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolunun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılıb, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilib, hakimlərin müstəqilliyi möhkəmləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: