Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, martın 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən edilib.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.