Milli Məclisin sədri: Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birini dəstəkləyib

A- A A+

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olub və bir-birini dəstəkləyiblər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Parlamentin sədri deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Onun sözlərinə görə, həmçinin Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: