Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

A- A A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycanın artmaqda olan regional rolu, ikitərəfli münasibətlər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ukrayna, regional inkişaflar barədə müzakirələr aparılıb:

"Görüş Azərbaycanın regional diplomatiyanın ön sıralarında olduğu, sammitlərlə zəngin bir ayda baş tutub".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: