“AZİREX-2025” birgə axtarış-xilasetmə təlimi çərçivəsində İran gəmiləri Azərbaycana gəlib - FOTOLAR
Azərbaycanda keçiriləcək “AZİREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.
Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş olub. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZİREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində təlimə dair brifinq təqdim olunub, maraq doğuran suallar cavablandırılıb.
Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.