Hikmət Hacıyev Almaniya XİN-in Dövlət katibi ilə görüşüb

A- A A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

O, qeyd edib ki, regional məsələlər, bölgədə sülhün möhkəmləndirilməsi və iki tərəfli gündəm, o cümlədən əlaqələndirmə layihələri müzakirə olunub:

"Regional məsələlər, bölgədə sülhün möhkəmləndirilməsi və iki tərəfli gündəm, o cümlədən əlaqələndirmə layihələri barədə Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə müzakirələr apardıq. Azərbaycan ənənəvi olaraq Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: