Türkiyə Milli Müdafiə Nazirliyi: Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.

"İki bədəndə bir can - Türkiyə və Azərbaycan!

Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, qəhrəman Azərbaycan xalqına ürəkdən salamlarımızı çatdırırıq.

"Bir Millət, İki Dövlət" anlayışı ilə qardaşlarımızla həmişə bir və bərabər olmağa davam edəcəyik.

Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!" - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: