Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

A- A A+

İsveçrədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş keçiriləcək.

NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Simonyan sosial şəbəkə hesabında məlumat yayıb.

Vurğulanıb ki, iki ölkə parlamentinin sədrləri arasında görüş oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutacaq.

Onların sonuncu görüşü 2025-ci ilin aprelində Sankt-Peterburqda olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: