Azərbaycan Avropa İttifaqı Şurasının iclasında təmsil olunacaq

A- A A+

Avropa İttifaqı Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.

Oktyabrın 20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: