Baş nazir Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb - FOTOLAR

A- A A+

Oktyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə NUHÇIXAN-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: