Azərbaycan və Qazaxıstan: Strateji Əməkdaşlığın Yeni Mərhələsi

A- A A+

2025-ci ilin oktyabrının 21-də Astanada Azərbaycan və Qazaxıstan Prezidenti İlham Əliyev və Kasım-Jomart Tokayevin rəhbərlik etdiyi Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasda iki ölkə arasındakı əlaqələrin inkişafı və birgə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamış və iqtisadi, mədəni, siyasi və humanitar sahələrdə əlaqələrin genişlənməsinin vacibliyini qeyd edib. O, Qazaxıstanın son illərdə əldə etdiyi inkişafa diqqət çəkərək, Prezident Tokayevin rəhbərliyi altında ölkənin müasir texnologiyaların inkişafı və beynəlxalq mövqeyinin güclənməsi yolunda müsbət addımlar atıldığını qeyd edib.

Azərbaycan-Ermənistan münaqişəsinin həllində Qazaxıstanın roluna toxunan Prezident Əliyev, xüsusilə 2023-cü ildə imzalanan sülh sazişi sonrası Qazaxıstanın ermənilərə taxıl göndərməsi məsələsini müsbət qiymətləndirib. Həmçinin, son illər iki ölkə arasında birgə səfərlər və yüksək səviyyəli görüşlərin qarşılıqlı əlaqələrin intensivləşməsinə təsir göstərdiyini söyləyib.

Ali Dövlətlərarası Şura çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün konkret addımların atıldığını vurğulayan Prezident Əliyev, Zəngəzur dəhlizinin açılışının 2028-ci ildə tamamlanacağına ümid etdiyini bildirib. Bu strateji layihə, Asiya ilə Avropa arasında yük dövriyyəsini artıracaq və regional nəqliyyat şəbəkələrinin inkişafına mühüm töhfə verəcək.

Qarabağın bərpası sahəsində Qazaxıstanın dəstəyini xüsusi olaraq qeyd edən Prezident, Füzulidə açılışı edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini iki ölkə arasındakı dostluğun rəmzi kimi dəyərləndirib. Mərkəz, Qarabağdakı uşaqların təhsil və inkişafına imkan yaradacaq.

Prezident Əliyev, həmçinin Azərbaycanın və Qazaxıstanın beynəlxalq aləmdə bir-birini dəstəklədiyini və hər iki ölkənin milli maraqlarına xidmət edən mövqelərini vurğulayıb. 2026-cı ildə Azərbaycan, İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi edəcəkdir.

Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. 2024-cü ilin noyabrında Xəzər dənizinin dibindən elektrik kabelinin çəkilməsi ilə bağlı üçtərəfli müqavilə imzalanacaq ki, bu da bölgənin enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

İki ölkə arasında yeni investisiya layihələri və işbirlikləri də nəzərdən keçirilir. Xüsusilə, Birgə İnvestisiya Fondu vasitəsilə həyata keçiriləcək layihələr böyük potensiala malikdir.

Azərbaycan və Qazaxıstanın strateji tərəfdaşlığı yalnız ikitərəfli əlaqələrdə deyil, həm də regional və beynəlxalq səviyyədə ciddi əhəmiyyət kəsb edir. Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan razılaşmalar gələcəkdə bu əməkdaşlığın daha da möhkəmlənəcəyini göstərir. Həmçinin, həyata keçirilən regional layihələr, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında sıx əlaqələrin qurulmasına, iqtisadi və siyasi inkişafın artırılmasına yönəlmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Gülxarə Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: